Ələstü bürəbbüküm qalu bəladanMərdin mövlasına nökər olmuşam.Sürtmüşəm üzümü xaki-payına,Elm tapıb, sinədəftər olmuşam.

On bir aydı, mənim üzüm gülmədi,Qəza qəhri məndən heç üzülmədi,Yaxşı dostlar yaman gündə gəlmədi,Dost sarıdan çox mükəddər olmuşam.

Baxt yatanda, qohum-qardaş yad olu,Məğrurluq eyləyən namurad olu.Bayram günü islam olan şad olu,Mən qəmgin olmaqda kafər olmuşam.

Ələsgərəm, düşdüm qəza qəhrinə,Fələk top bağladı ömrüm şəhrinə,Eynim yaşı dönüb Ceyhun nəhrinə,Ağlamaqdan zarü müztər olmuşam.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Fate