Dağlar sinəsində lalə seyr edər,Səri səcdə qılar ayaq- ayağa.Darda qalanların dadına yetər,Sidq ilə çağırsa: ay ağa, ağa!

Yazarlar kağızın “sin” arasıda,Nanı gətirərlər sin arasında.Cəsəd cansız gedər sin arasında,Nəkreyin qaldırar ay ağa, ağa.

Ələsgər, eşq atın yayın təhrində,Nəqqaşlar yay çəkər yayın təhrində.Dağlar al geyinər yayın təhrində,Qışın çilləsində a yağa-yağa.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets