Müxənnət, seyraqub, xainü xəbisNə yaman qandırıb a yara məndən.Lənətullah, ləin, şeytani-iblisNə dedi, dost kəsdi ay ara məndən.

Məcnun "Leyli" deyib, bu dağı bilər,İçən zəhrin dadın, budu ağı, bilər.Gəzən ürəyimdə bu dağı bilər,Arayıb axtarsan, ay ara məndən.

Ələsgər, təqsirin oldu nə, ayə?Kim inansın, qəsəm edim nə ayə?Bu ahım qalmasın ilə, nə ayə,Sağalmaz bu düyün, a yara məndən.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets