Qoca baxtım
Nə sevda tapıbsan, nəyə talıbsan?Hansı qəflətdəsən, gəl, qoca baxtım!Ya məndən küsübsən, ya qocalıbsan,Bu sınıq könlümü al, qoca baxtım!
Çəkilib pünhana deyirsən: "Sən döz!"Qiyamət odundan pisdi tənə söz.Gümüşüm tunc oldu, zəri zibam bez,Qəlp çıxır aldığım mal, qoca baxtım!
Özüm aşıq oldum, oğlum gülləçi,Bildim ki, qalacaq dövlətin üçü.Qırıldı mal-qoyun, qalmadı keçi,İndi də yıxılıb kal, qoca baxtım!
Mərdan şirə çəkib, daşdan keçərdin,Dəryalardan ləlü gövhər seçərdin,Pərvazlanıb Qafdan – Qafa uçardın,Keçən günü yada sal, qoca baxtım!
Təqdir üçün yaxşı deyil bu adət:Gah çox sevir, gah eyləyir xəcalət.İyidlər at vermir,gözəllər xələt,Gəlmir tənbəkiynən bal, qoca baxtım!
Səksəni, doxsanı çecibdir yaşım,Əzrayıl həmdəmim, məzar yoldaşım,Gor deyə tərpənir bəlalı başım.Daha köç təblini çal, qoca baxtım!
Ələsgər kəsilib səbrü aramdan,Oxlayıbsan, qanlar axır yaramdan.Haqq ilə qıl sövdə, əl çək haramdan,Halaldan mətləbin al, qoca baxtım!
Kitabxana.az · https://kitabxana.az/en/works/elesger-qoca-baxtim
Use ← → keys to move, R for a random poem
More by this author
Getmə göz önündən, ay Şəkər xanım,Könül mayıl olub o qələm qaşa.
Getmə, amandıGözəllər sultanı, mələklər şahı,Alagöz cananım, getmə, amandı!
GəlibdiAllahverdi neylər dünya malını,Vəsf edər Göyçəni – öz mahalını,
GərəkdirAşıq olub, tərki-vətən olanın,Əvvəl, başda pür kamalı gərəkdi.
Poems by other poets
صبح را عقل سیه روی تر از شام نهد
Cəkər xəclət, gülüm, ol gül üzündən gül cəmənlərdəCəkər xəclət, gülüm, ol gül üzündən gül cəmənlərdə,Üzündən qeyri yad etməz gülü bülbül cəmənlərdə.
FələkƏlindən eylərəm kimə şikayət,Axır məni xar etdin fələk,
EylərsənDil mənə verübsən, könül ağyarəBilmənəm ki sən nə xəyal eylərsən