Getmə, amandı
Gözəllər sultanı, mələklər şahı,Alagöz cananım, getmə, amandı!Dərdindən xəstəyəm, çəkirəm ahı,Həkimim, loğmanım, getmə, amandı!
Camalın göyçəkdi bayram ayından,Görən doymaz qamətindən, boyundan.Layiq deyil qurban kəsim qoyundan,Sana qurban canım, getmə, amandı!
Mən sana nə deyim, ay mina gərdən?!Kəsmə məhəbbətin, gəl, Ələsgərdən.Günahkar qulunam, salma nəzərdən,Kərəmli sultanım, getmə, amandı!
Kitabxana.az · https://kitabxana.az/en/works/elesger-getme-amandi
Use ← → keys to move, R for a random poem
More by this author
Müxənnət, seyraqub, xainü xəbisNə yaman qandırıb a yara məndən.
Ayağa qarqarVar olsun Qarabağ, əcəb səfadı,Başa Xaçın axar, ayağa – Qarqar.
Ay ana, anaQarlı dağlar gəldi düşdü araya,Qalmışam qürbətdə ay ana, ana!
Ay sinə, sinəİbtida "əlif"dən dərsimi aldım,Oxudum yetişdim ay "sin"ə, "sin"ə.
Poems by other poets · Praise
باغ را شمع رخ لاله منور دارد
Kanz al-Haqa'iq, chapter 18مثالی گویمت بنیوش آن راکه نشنیدست هرگز گوش آن را
NizamiNizami, sən neçə şah yola saldın,Kamal dünyasının şahı sən oldun.
Saqi, nəzər et məclisəSaqi, nəzər et məclisə, gör canım hardadır?Bir yol güzər etməz bizə cananım, hardadır?