Qarlı dağlar gəldi düşdü araya,Qalmışam qürbətdə ay ana, ana!Təbib yoxdu, dərman edə yaraya,Sızıldaşır yaram a yana-yana.

Mən qurban eylərəm yara canımıGötürüb doğraya, yara canımı.Alıb təpə-dırnaq yara canımı,Bilmirəm dərmanı ay ana, ana.

Geyibdir qəddinə yar alacanı,At müjgan oxunu, yarala canı.İstər Ələsgərdən yar ala canı,Tökəndə zülflərin a yana, yana.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love