Şahmar zülfün bədnəzərdən daldala,Çinlə gərdənində həmayıl eylə!Aç niqab altından mah camalını,Aləmi hüsnünə ha mayıl eylə!

Fərhad Şirin sevdi, Yetim Yaxşı yar,Təbib sənsən, gəl yaramı yaxşı yar!Yaxşı yara qismət olmaz yaxşı yar,Həm sözdən mətləb qan, həm ayıl eylə.

Ələsgər, dər bağdan yaxşıca nana,Mərd iyid kəc baxmaz yaxşıca nana,Yaxşı can yetişsə yaxşı canana,Həmi gün xoş keçər, həm ay-il eylə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love