Narın üz
Könül, sən ki düşdün eşqin bəhrinə,Narın çalxan, narın silkin, narın üz.Dost səni bağına mehman eyləsə,Almasın dər, gülün iylə, narın üz.
Tikdiribsən qəsr, eyvan, oda sən,O nökərin, o sevdiyin, o da sən.Qıya baxdın, məni saldın oda sən,İnsaf eylə, gəl könlümün narın üz.
Aşıq olan sözün deməz tərsinə,Tər gəzən dünyada gedər tərsinə.Tər sinəyə qismət olsun tər sinə,Narın üzə qoy söykənsin narın üz.
Rüsxət ver, sözümü deyim qayım, ağa,Yuyar qəssal qəddim, bükər qayımağa.Ləzzət verər bal qatan da qaymağa,Qaymaqdan da şirin olar narın üz.
Gətirdin rəngimə sarı, dur gedək!Bu sınıq könlümü sarı, dur gedək!Ələsgərəm, bizə sarı dur gedək!Bir dərdimi eyləyibsən, Narın, üz.
Kitabxana.az · https://kitabxana.az/en/works/elesger-narin-uz
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Olu yarəb ki, düşə daməni-canan əlimə,Düşsə, billah ki, düşər çətri-Süleyman əlimə.
Ey gül, səni bilməm necə ustad çəkibdirEy gül, səni bilməm necə ustad çəkibdir,Nəqqaş-i əzəl sünin edib yad çəkibdir.
KəklikCanım kəklik gözüm kəklikYerişin yarıma bənzər
Oldu: Məh yüzünə salmış bu mələkmənzərMəh yüzünə salmış bu mələkmənzərMüənbər zülflərin zərəfşan oldu,