Şəriətlə təriqəti seçənlər,Təriqətlə həqiqətin nədi adı?Hansı şah haqq ilə ilqar eylədi,Nə incidi, nə ah çəkdi, nə dadı?

İstəyirsən seyr edəsən Sinanı,Şər işlərdən saqın, saxla sinanı.Sədət gətdi sini içində si nanı,Dildə qaldı nə ləzzəti, nə dadı!

Ələsgər də eşq içində qaladı,Şirin canın ataşına qaladı.Ər iyidin canı getsə, qala adı,Nakəslərin dəhr içində nə də adı!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love