Hicran düşgünüyəm, gözəl müştağı,Axtarıram bu dünyanı sini-sin.Mürği-ruhum getməz səndən irağa,Qonşun ollam, qəbul etsə sini sin.

Dost bağında bülbül qonmuş a dala,Nazlı dilbər zülfün töküb a dala.Mərd istər ki, çörək verə, ad ala,Namərd gözlər mərd iyidin sinisin.

Ələsgərəm, mən də içdim badə hey,Əbcəd hesabıyla seçdim “ba”də “hey”.Xəstə cismin tab eyləmir bada hey,Heç demirsən: “Gir qoynuma, sin, isin”.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love