Qabaqda
Şəhrin şöləsindən buldum bələdi,Xoş gəldi xoşuma halı qabaqda.Pir mana göstərdi şah məqamını,Gördüm cəmdi çox calalı qabaqda.
Neçə taxt qurulub nuri-münəvvər,Neçəsi zəbərcəd, neçəsi gövhər!Sağda, solda səf-səf yerir mələklər,"Ya hu!", "ya hu!" deyir qulu qabaqda.
"Ya hu!", – deyib, bir-birinə uydular,"Ya mən hu!" deyəndə taam qoydular,Cümlə məxluq yemədilər, doydular,Qaldı məcməyilər dolu qabaqda.
Neçə sirri gördüm, sirr qaldım aşkar,Səxavət əhlini yandırmadı nar.Salavatla işlər hər dükan, bazar,Zay oldu dünyanın malı qabaqda.
Dünyada əl çəkmə sövmü-səlatdan,Təmiz ver, qalmasın xümsü-zəkatdan.Ələsgər, xof etmə puli-Siratdan,İrəhbərdi Cənab Əli qabaqda.
Kitabxana.az · https://kitabxana.az/en/works/elesger-qabaqda
Use ← → keys to move, R for a random poem
More by this author
Hikmət məclisində əyləşən alim,Gəl, səninlə yol-ərkandan danışaq.
OlduAltı gündə dünya neçə don geydi,Nə üstə əyləşdi, bərqərar oldu?
Olurİki bədən gördüm, altmış başı var,Müttəsildi onda qeyri sirr olur.
Sübhün çağı bir hikmətə tuş oldumSübhün çağı bir hikmətə tuş oldum,Desəm inanmazlar, sirri-sübhandı.
Poems by other poets
Badi-səba, apar mənim peyğamım,Başın üçün o dildara xəbər ver.
Xəbər verHökumət məqamında əyləşən alim,Əvvəl mənə Yamən Hudan xəbər ver.
Məhəmməd bəy Arifə cavabMən kimi xəstəyə əlbəttə ki, həmam gərək,Necə kim aşiqə bir yari-güləndam gərək.
Başına döndüyümSən gedəli üzüm-gözüm gülmüyorMəndə yoxdur hal, başına döndüyüm