“Allah, Məhəmməd, Əli!” deyənlər,Pozuldu qurğular, mizan qalmadı.Zamana bəd gəldi, insan bic oldu,Seyiddə, mollada iman qalmadı.

Yığılın danışaq, qəlyan çəkənlər,Bostan becərənlər, şitil əkənlər.Ananov kağıza tütün bükənlər,Qurtardı tənbəki, saman qalmadı.

Necoldu Serbiya, Çornuqoriya?!Əl-ayaq altında itdi Italya.German bir bom atdı, qan oldu dərya,Qırıldı, dünyada insan qalmadı.

Bağlanıb zavodlar, kəsilib qəndlər,Qaynamır samavar, artıbdı dərdlər.Niyə ağlamasın yazıq övrətlər,Söküldü döşəklər, yorğan qalmadı.

Kül başına, iki arvad alanlar,Öz evinə qüli-qalı salanlar. . . . . . . . . . . . . . . . .Kəsildi bərəkət, ayran qalmadı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets