Can qurban eyləsən, layıqdı, layıq,Bir yar ki, mətləbi tez qanan ola.İşarətlə, qaş-göz ilə anlaya,Nəinki deməklə söz qanan ola.

Canım qurban olsun o əhli-dilə,Qaşların oynada, gözündən gülə,Dilin tərpənməmiş dərdini bilə,Qurbanam gözünə, göz qanan ola.

Belə yar yetirə baxtın kövkəbi,Dəsti qana ürəkdəki mətləbi.Nə lazım dil deyib, tərpətmək ləbi,Nə keçsə könlündən düz qanan ola.

Ələsgər söyləyər söz müxtəsərin;Ağlı kamil ola, kamalı dərin.Eşidənlər deyə “əhsən”, “afərin”,Əgər məclisində yüz qanan ola.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love