Ay nazənin, ay qabağın altındanNə göyçək çəkilib qara qaşların!Gözlərin süzüldü, canım üzüldü,Vurdu ürəyimə yara qaşların.

Əslin mələk, cismin huri, qılmandı,Camalın şoxundan ciyərim yandı.Zülümkardı, çox nainsaf divandı,Rəhm eləmir günahkara qaşların.

Gözlərin görənin canını alır,Həsrətini çəkən vaxtsız qocalır.Sərdarı, sultanı taxtından salır,Bərhəm vurur ürüzgara qaşların.

Gözüm qaldı hilal qaşın tağında,Məcnun oldum, qaldım Leyli dağında.Yazıq Ələsgəri qoca çağında,Zülm ilə çəkdirir dara qaşların.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets