Dəyməmiş
Dad sənin əlindən, a qanlı fələk,Könül həsrət qaldı yara dəyməmiş.Köhnə yaram qövr eylədi təzədən,Təbib neştər vurdu yara dəyməmiş.
Gözüm qaldı “əlif”, “bey”də, “yasin”də,Yaradanım, kömək eylə ya sində.Qaldım səməndər tək qəm dəryasında,Yandı balü pərim nara dəyməmiş.
Ələsgər, üsyanın çıxıbdı sandan,Öldürsən zənburu, əl çəkməz şandan.Hərcayıdan, müxənnəsdən, nadandan,Nə söz qaldı sənətkara dəyməmiş.
Kitabxana.az · https://kitabxana.az/en/works/elesger-deymemis
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Məhəbbət bağının sərvi-rəvanı,Məlahət bağının tazə fidanı,
MiçəkQurdum hər cür torumu, vermədi fayda miçəkə,Sataşır gündə gözüm xörəkdə, çayda miçəkə,
MənəmQanlı rəqib, nədir sözün bir qərəzAləm sənin olsun, nazlı yar mənəm
Mah Olan YerdəDoğarmı ay u gün göydəYüzün tək mah olan yerdə