Kimi
Dəli Alı bir sədd açıbŞah Abbas dövranı kimi;Yanında yoldaşları var,Azərbaycan xanı kimi;Zeynalabdın bəy bəzənibMisirin sultanı kimi.Hər yana kağız dağıldıSüleyman fərmanı kimi;Yetmiş iki millət gəldi,Ərəsət divanı kimi.
Neçə çinovniklər gəldi,Çox ağır keçdi yığnağı;Bir yanı Qanıq, Qavrı,Bir yanı Qoşqarın dağı.Aləm çırağban göründü,Xoddananda cıl-çırağı.Şəmkirdən düyü çəkildi,Sarıyaldan gəldi yağı;Hər yana qəftə işlədi,Xotkar bəzirganı kimi.
Günün günorta vaxtındaGəldi Alının dəstəsi;Hər birisi bir iyiddi,Bir qoşunun sərkərdəsi.Gördüm, asmana dayandı“Öldürrəm”, “öldürrəm” səsi.Yaponyadan tüfəng gəlib,Yeddi ağac vurur gülləsi;Zərbindən dağlar titrəşir,Bərqin dirəxşanı kimi.
İyidliyin səbəbinəOna deyirlər “Dəli Alı”;Şücaətdə Qəhrəmandı,Loğmana bənzər kamalı.Barilahim, irəhm eylə,Pozulmasın bu calalı.Bir sərkərda camışı var,Üç sərkər da qoyun-malı;Mehtərdə qırx atın gördüm,Cəlalı türkmanı kimi.
Alı kimi iyid yoxdu,Onu tək doğub anası;Süzən əldə, ətək beldə,Var iyidlik nişanası.Vallahül-əzim belədi,Açıq, sözün mərdanası.On beş gün şülən çəkildi,İşlədi aşpazxanası;Erkək yan-yana kəsildi,Minanın qurbanı kimi.
Alı məclisə gələndə,Mətəl qaldım işlərinə;Atanın sərdar oğludu,Sərim qurbandı sərinə;Səxavətdə əla gördüm,Yazdım Hatəm dəftərinə;Şabaşa beşlik qızıllarIşlədi qəpik yerinə;Neçə mücrülər açıldıSərrafın dükanı kimi.
İyidlikdə yox əvəzi,“Afərin!” dedim Aslana;Dağıstan formu geyinib,Təmkini qızılbaşyana.Süzən tüfəng cingildəyir,Patronu səyrişir qana.Koroğlu tək nərə çəkir,Coşub girəndə meydana;Tüf dağıdır, ordu pozurQüdrətin aslanı kimi.
Ata, baba iyiddilər,Bəyənmişəm əsli-zatın;Doğruluğun səbəbinəMövlam veribdi baratın;Əli kəmərbəstəsidi,Cəm eyləyib hər büsatın.Fürsəti düşmənə verməz,Əldən qoymaz ehtiyatın;Kəpəzdə ovun gözləyir,Alvızın* tərlanı kimi.
Cəfər ağa bir iyiddiGirəndə meydan içinə;Yalavıyır şimşək kimi,Bələnir al qan içinə;Zərrəcə gəlməz eyninə,Düşsə yüz düşman içinə;İsgəndər tək səddi çıxıbYeddi Dağıstan içinə;Şəninə dastan yazıramRüstəmin dastanı kimi.
İçlərində bir seyid var,Onlara rəhbər kimidi.O ki Məşədi Məhəmməddi,Bir nər oğlu nər kimidi.Qızılhacılı AllahverdiMaliki-Əjdər kimidi.Min yaşasın Ismayılı,Nərəsi Heydər kimidi;Xəşbulaqda meydan açdıKoroğlu meydanı kimi.
Orucu çox bəyənmişəm,Məhəbbətin var Qəfərə;Qasımı mərdana gördüm,Vəsfini yazdım dəftərə.O kişilik, o səltənətHalal olsun İsgəndərə;Unudub dünya cifəsin,Tabe olub peyğəmbərə;İbadəti var məscidinQareyi-Quranı kimi.
Beş min manat nağd yığıldı,Dalda qalanın bilmədim;Yüz erkək-öyəc kəsildi,Toğlunun sanın bilmədim.Xərcindən bərxurd olmadım,Nəfin, ziyanın bilmədim;Nisyə qalan xələtlərinDoğru, yalanın bilmədim;Nağdıdan mətləbim verdiKişi kərəm kanı kimi.
Biçarə Aşıq Ələsgər,Gəldin, getdin, hər nə isə;Haqq səni sərraf yaradıb,Qiymət qoy yaxşıya, pisə;Tat oğlu, Bala Məşədi –Onlar gələndə məclisə;Hamıdan çox pul verdilər,Qızıl ilə dolu kisə;Aşıqlar güzəran tapdıBəylər güzəranı kimi.
Kitabxana.az · https://kitabxana.az/en/works/elesger-kimi-2
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Xoş ol zaman ki, xalq yatıb bizəban idi,Bəzmim pilov, çay ilə rəşki-cinan idi,
Mari-siyahi-zülfün edər xanə könlümüMari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.
Dağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canıDağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canı,Giriftar eyləıəm sen kimi Zibanı, ağan canı.
Hay mədədÇox çalışdım, mətləbimə çatmadımArzu mənim canda qaldı, hay mədəd