Naz ilə gəldin otağa,Leylinişan Xırdaca qız!Tovuz kimi cilvələnib,Artırdın şan, Xırdaca qız!Camalına mail olubHuri, qılman, Xırdaca qız!Səni görən cavanlardaQalmaz iman, Xırdaca qız!

Gözəlliyin binadandı,Tanıram əsli-soyunu;Səd afərin naqqaşına,Şüşədən çəkib boyunu.Allah bir vəsilə salsın,Hacı Alı tutsun toyunu;Kəsilsin xaki-payındaNeçə qurban, Xırdaca qız!

Ələsgərəm, tərifiniDüzürəm dastana, gözəl!Eşitsin, fəxr eləsinSəni doğan ana, gözəl!Şükür haqqa, Xudam yazıbTərlanı tərlana, gözəl!Mehdi kimi ölkəmizdəYoxdu oğlan, Xırdaca qız!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love