Bir parça torpaq qalmadı
Barmağın hər yanə qoydu əldə barmaq qalmadı,Qarmağın hər yanə atdı bircə qarmaq qalmadı.
Cırmağıynan, əl atıb haqqın üzün cırmaqladı,Dırnağıynan təxti tutdu, sındı dırnaq qalmadı.
Kim ki, zənn etdi yaratmış guya alçaq dağları,Tanrı yeksan eylədi yernən, bir alçaq qalmadı.
Öylə ki, İblis ayağı dəydi Badu Kubəmə,Əsdi rüzgar, soldu bağlar, kolda yarpaq qalmadı.
Haqq asıldı, haqq tutuldu, haqq çəkildi çarmıxa,Bir özündən başqa heç kəs haqqa ortaq qalmadı.
Özlərin çılpaq edənlər haqqa don geydirdilər,Çılpaq həqdən don geyənlər leyk çılpaq qalmadı.
Zalım oğlu pul alıb, ol qədr torpaq satdı ki,Heç özün basdırmağa bir parça torpaq qalmadı.
Həzrət Abbasın əlindən düşdüyü bayrağını,Kubədə qaldırdı Pünhan yerdə bayraq qalmadı.
21 aprel, 2002
Kitabxana.az · https://kitabxana.az/en/works/punhan-bir-parca-torpaq-qalmadi
Use ← → keys to move, R for a random poem
More by this author
Milləti mildən milə fırlatdılar,Zilləti bəmdən zilə fırlatdılar.
Ağızlar sulanıbYenə yaz fəsli gəlib, göylər üzü durnalanıb,Ölməyib şükr ola millət baharaycan dolanıb.
Olmalıydı, olmadıGün-güzəranım sənə ar olmalıydı, olmadı,Səndəkindən məndə də var olmalıydı, olmadı.
Gecələr ağladıDərdinə hər yan, gecələr ağladı.Tapmadı dərman, gecələr ağladı.
Poems by other poets · Divine love
از ساکنان فرش فراموش میکنی
Asivü bədəməlü rusiyəhü xaram mənEy xuda, sənə əyandır ki, vəfadaram mən,Tutduğum işləri yad eyləyib ağlaram mən.
Bu diyari-Kərbəla, bu sən, xudahafiz, HüseynBu diyari-Kərbəla, bu sən, xudahafiz, Hüseyn.Karivan yolandı Şamə, mən xüdahafiz, Hüseyn.
مقتدای ملک امام بشرشاه انصاریان دین پرور