Bişərəfindən aman oy!
Bu Vətən torpağının bir tərəfindən aman oy!Bu yazıq millətimin bitərəfindən aman oy!
İblisin cəhrəsi hər rəngdə kələflər əyirir,Qarabağçün əyirən sərkələfindən aman oy!
Vətənin qızlarını səhnədə hərraca qoyan,Vətən oğlanlarının bişərəfindən aman oy!
Bakını zəbt eləmək idisə məqsəd, əcaba,Xalqımın bir belə bica tələfindən aman oy!
Analar modabaz isə, atalar rüşvətxor,Bu biyabırçı davamın xələfindən aman oy!
Pünhanın yumşaq üzündən xata gəlməz adama,
Amma ünvanladığı söz hədəfindən aman oy!
7 iyul, 2002
Kitabxana.az · https://kitabxana.az/en/works/punhan-biserefinden-aman-oy
Use ← → keys to move, R for a random poem
More by this author
Necə dönsün fələyin çərxi ki, dünya yükü var,Necə sönsün bu yanan şəm ki, sevda yükü var.
Həccə zəvvar istərəmVarlığımdan bezmişəm, bir olmayan var istərəm,Yoxluğumdan gərçi bezsəm, həqqdən dar istərəm.
Barmağa dünya dolanıbDəyişib dövri-zaman, dövrə müəmma dolanıb,Pisə mənsəb verilibdir, düzə «əmma» dolanıb.
Dınqıl sazımAşiqəm, yoxdur sazım – dınqıl sazım, dınqıl sazım,Bülbüləm solmuş yazım – dınqıl sazım, dınqıl sazım.
Poems by other poets · Homeland
O gün millət ki əltafı olub şövkətli sultanın,Hilalın haləsi qılsın əhatə türk övtanın.
Böyük xadimHəsənbəy Zərdabinin vəfatı münasibətilə*Bu sənmisən, ey dahiyə, ey nəcmi-müzəffər?!
SındırarMaymaq uşaq əzəl başdan bəllənər,Ev sirrini qonşulara qandırar,
Çoban türküsüAçmasın çiçəklər, gülməsin güllər,Ötüşməsin şirin dilli bülbüllər,