Barmağa dünya dolanıb
Dəyişib dövri-zaman, dövrə müəmma dolanıb,Pisə mənsəb verilibdir, düzə «əmma» dolanıb.
Daha divanə deyil Qeys, Super-Market açıb,Elə ki, pullu olub, boynuna Leyla dolanıb.
Demə Kənanı basıb zindana sərbəst dolana,İlişib əcnəbiyə Misri Züleyxa dolanıb.
Yerə haqq endi fəqət yerdə ona olmadı yer,Yeri böhtan tutanı haqq elə damda dolanıb.
Kimisi cibdə pulu şəhrdə şəst ilə gəlib,Kimi gizlində tökübdür cibə qorğa dolanıb.
Dönüb ekranda vətən xaini gah qəhrəmana,Vurulub gah da onun üstünə damğa dolanıb.
Polisə indi veriblər İliçin şalbanının,Şəhəri kəndi bilib şəhrdə darğa dolanıb.
Dost deyib tülküyə dost olduq, unutduq onu ki,Həmişə tülkü tərəfdən ala qarğa dolanıb.
Babanın barmağı tutduqca qələm haqqı yazar,Yazar o haqqı ki, bir barmağa dünya dolanıb.
1 yanvar 1998. Bakı
Kitabxana.az · https://kitabxana.az/en/works/punhan-barmaga-dunya-dolanib
Use ← → keys to move, R for a random poem
More by this author
Deyirəm ya soyunub göstərək üryanımızı,Ya da ki, dar geyinib pırtdadaq hər yanımızı.
Bilmədim sən bilmisənMən sənə biganə qaldım, bilmədim sən bilmisən,Ey əsir qız, toy da çaldım, bilmədim sən bilmisən.
Evdə oğlan qalmışıqBiz fəna mülkün tutub təxtində sultan qalmışıq,Şükr bu nadanlıq ilə ismi insan qalmışıq.
Bu qələm qiyam üçündürBu qozun üzü gənəkdir - bu qoz üç badam üçündür,Bu bizə tanış ritmdir, bu ritm avam üçündür.