Sən demə xəbərimiz yox,Bu ölkə satılıb, Allah…Deməyə təpərimiz yox,Bu ölkə satılıb, Allah…

Yetər, ta qoydunuz bəsdi,Başımız altına yastıq,Şuşa boyda qalamızda,Yağılar oturub, Allah,Bu ölkə satılıb, Allah…

Rütbə üçün alçalmalar,Əmmaməli, ağ çalmalar,Bu hay-küylər, əl çalmalar,Naləmi batırır, Allah,Bu ölkə satılıb, Allah…Eşitsin Təbriz, Marağa,Xətai qalxsın ayağa,Necə dözürük, QarabağArtsaxa qatılır, Allah,Bu ölkə satılıb, Allah…

Nə zamandı, nə müddətdi,Vətən seçilmir qürbətdən,Ayılıb bütün millətlər,Biz hələ yatırıq, Allah,Bü ölkə satılıb, Allah…

Çox nahaq, havayı yerə,Qoymuşuq silahı yerə,Bəzən də havaya elə,Boş güllə atırıq, Allah,Bu ölkə satılıb, Allah…

Söz ilə həmlə qururuq,Sülh ilə düşmən qırırıq,Səbr ilə doyuzdururuq,Xalqı aldadırıq, Allah,Bü ölkə satılıb, Allah…

Baxan yox haqqa, divana,Olmuşuq dəli-divanə,Gəmimiz düşüb tufana,Kömək et, batırıq, Allah,Bu ölkə satılıb, Allah…

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love