Millətimiz öz yurdunda əsir-yesir,Anaların, bacıların ahı-dəhşət…Bu torpağı yada vermək dəhşətdirsə,Vərdiş etmək bu dəhşətə daha-dəhşət…

Şuşasızlıq ağrısına hamı dözür,İtirilmiş mahalların sayə-dəhşət,Minlər ilə şəhid görmək dəhşətdirsə,Şəhidliyə vərdiş etmək daha dəhşət…

Ölənləri ağlamayır artıq kimsə,Saymır Allah, çoxu qonşu vayın – dəhşət…Çöl düşmənim qorxuncdursa, dəhşətdirsə,İç düşmənim daha qorxunc, daha dəhşət…

Nə ki, Laçın, Ağdamda da yadlar gəzir,Kəlbəcərdə oldu düşmən payı-dəhşət…Cəbrayılı satmaq əsl dəhşətdirsə,Xocalının soyqırımı daha – dəhşət…

Geri torpaq almayacaq heç kim bizə,Biz də olduq Fələstinin tayı-dəhşət…Özümüzə güvənməmək dəhşətdirsə,Özgələrə arxalanmaq daha-dəhşət…

Yağılara yalvarırıq durub bəzən,Dünya bizi gücsüz, yazıq sayır-dəhşət.Vəhşi olmaq, cəllad olmaq dəhşətdirsə,Miskin olmaq, naçar olmaq daha dəhşət…

Yastıq verin, yorğan çəkin üçtümüzə,Yuxudayıq ilin on bir ayı-dəhşət…Qəflətlərdə yatmağımız dəhşətdirsə,Durmağımız daha müşkül, daha dəhşət!

Azərbaycan yarı yadda, yarı bizdə,Eşidən yox bu harayı – hayı – dəhşət…Bu günümüz ağırdırsa, dəhşətdirsə,Sabahımız kaş olmaya daha dəhşət…

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland