Gözündəki hiddətinə,Əzab çəkmiş millətinə,Sənin oğul qeyrətinəQurban olum!

Yenilməz döyüş əzminə,Millətini işğallardanQurtardığın böyük günə,Vətən, millət, xalq eşqinəQurban olum!

Ey Türk oğlu!Ey yurdda sülh!Cahanda sülh!Deyən millət qəhrəmanı!Sən istiqlala, can atan,Bununçün qanlara batanİnsanlığın övladısan.Məzlumların dayağısan,Sönməz ocaqlar odusan.

Sənin kişi vüqarına,İşğallardan qurtardığınAzad, zəngin diyarına,Müqəddas Türk torpağındaMəbəd olan məzarınaQurban olum!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland