Qanlı Yanvar günlərinə

Ağlama kamanım, sazım, ağlama!Sil bu göz yaşını, gözüm, ağlama!Gəlinim ağlama, qızım, ağlama,Dərddən güclüləri dərd əyə bilməz!

Aç qara örpəyi, gülüm, başından,Çaylar bulanmasın qoy göz yaşından,Körpən qəm əmməsin ana döşündən,Göz yaşı tökdürən, göz yaşı silməz.

Demə ki, yurdunda töküldü qanlar,Biz dağıq, dağlarda gurlar tufanlar,Zirvədə püskürər odlu vulkanlar,Təpələr düzənər, dağlar əyilməz!

Qırılan ağacın yerində müdamTəzə ağac əkər qüdrətli bağban,Təzə nəsil böyüt, ey dərdi ümman!Oğulsuz millətə, millət deyilməz!Dərddən güclüləri dərd əyə bilməz.Qanlı yanvar günləri

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland