Yoxsan yoxam,Varsan varam,Varlığınla bəxtiyaram.Səsin gəlmir, intizaramSəsinə qurban olduğum!

Eşqi ümman,Qəmi pünhan,Gəl, çağırır bu nigaranGəl, buza dönmüş nəfəsimİsinə, qurban olduğum!

Sən sultansan, şahsan, xansan,Həzin neysən, sən kamansan,Sazsan, susma, mən zilinə,Bəminə qurban olduğum!

Sussan susar şerim, sözüm.Sussan ağlar qəlbim, gözüm,Həsrətinə necə dözümÜrəkdən heyran olduğum?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love