Türkiyəyə gedən yollar
Türkiyəyə gedən yollar,Məni məftun edən yollarHəm yaxındır,Həm uzaqdır.Bir tərəfi Qara dəniz,Arxası meşəli dağdır.Biz yol getdik sübhə qədər,Ürəyimdə sevinc, kədər,Həm həsrətli xatirələr...Qara dəniz yol boyuncaYaşıl rəngli qumaş kimiSərilmişdi.
Göy sulara ağ ulduzlarHörülmüşdü.Yetmiş bir il bundan qabaq,Bu yollarla mühacirət dünyasınaSürgün, qaçaqGedənləri yada saldım.Ürəyimi oda saldım.Yanır hələ tüstülənə-tüstülənə...İnanmıram bir vaxt sönə.
Kitabxana.az · https://kitabxana.az/en/works/mirvarid-dilbazi-turkiyeye-geden-yollar
Use ← → keys to move, R for a random poem
More by this author
Qarabağın gənc müdafiəçisinə*Bu necə hekayət, necə nağıldı,
İnsan adlı əcinnələrErmənistanda yandırılan*Azərbaycan uşaqlarına ithaf*
20 noyabr qurbanlarına ağlayanlaraTökmə göz yaşlarını, dərdlərinin qurbanıyıq,Çatma gəl qaşlarını, düşmanın düşmanıyıq.
Təki arada qan olmasınSel kükrəsə çaylar daşar,Fəlakət həddini aşar,