Qarabağın gənc müdafiəçisinə

Bu necə hekayət, necə nağıldı,Oldu para-para yurdlar dağıldı!Öldü döyüşlərdə, çünki oğuldu!Qaldı ürəklərdə dərdi Qorxmazın!

Vətən, dar ayaqda mərd oğul istər,Əgər oğulsansa dur, hünər göstər!Döyüşdə sınanır qəhrəman kəslər,Ey vətən, cəsurdu, ərdi Qorxmazın!

Köksüylə qorudu o Qarabağı,Dəyməsin bu yurda düşmən ayağı.Öldü o, başında kişi papağı,Ölkə hünərini gördü Qorxmazın!Göz dikmə, ey cəllad, sən bu torpağa,Çörəkli arana, çiçəkli dağa,Yurdun oğulları durmuş ayağa,Tapdanmaz heç zaman yurdu Qorxmazın.Amansız düşmənlə o mərd döyüşdü,Qanı çiçəklərə, güllərə düşdü,Gözəl Qarabağda dillərə düşdüAdı, o mərdlərin mərdi Qorxmazın!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring