Od söndü, külüm qaldı
Dilim var, sözüm hanı?Adım var, özüm hanı?Ocağım, közüm hanı,Od söndü, külüm qaldı.Ürək qan, sinəm yara,Sözümü deyim hara?Torpağım para-para,Bölündü, dilim qaldı.
Eşit, igidim, eşit!Elin öyüdün eşit,“Qurd basar arxalı it!”Arxasız elim qaldı.
Düşmənə dağlarımız,Meyvəli bağlarımız,Sərin yaylaqlarımız,Bizə də zülüm qaldı.
Viran oldu bir yanım,Düzəldi qəbristanım...Ay dili bağlı canım,Sənə də ölüm qaldı!
Kitabxana.az · https://kitabxana.az/en/works/mirvarid-dilbazi-od-sondu-kulum-qaldi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Homeland
Ol səfa əhli, könül, dünyada, get, qaldır qədəh!Millətin əhvalını sal yada, get, qaldır qədəh!
Nəcmi-geysudarSən ey yüksək fəzalardan aşan səyyahi-zərrinpər!Uzaq, ey nəcmi-geysudar! Uzaq gəz, ərzə yaqlaşma!
Durna qatarıBakının “Moskva” prospektindəki*işıq karvanına*
DünyanıAnası bilinmir, dədəsi dörddü,Bumunun kölgəsi tutar dünyanı.