Mən bir körpə quş idim,Təbiətin sehrinəYaman vurulmuş idim.Peşəm çiçək dərməkdi,Çiçəklər rəng-rəngdi...Babam deyərdi – qızımQız deyil, kəpənəkdi.Nənəm deyərdi – qızımÖzü güldü, çiçəkdi.Anam deyərdi – qızımEvimizə bəzəkdi.

Arasında böyüdümÇiçəklərin, güllərin,Göyərən taxılların,Dən tutan sünbüllərin.Ana qaranquşların,Sevdalı bülbüllərinCəhcəhiylə boy atdım,Ürəyimdə bir dünyaMəhəbbəti yaşatdım...

İndi sükutu dərin...Çiyinlərində yükü,Ürəyində ağrısıKeçən ağır illərin

O kəpənək mənəmmiş?O gül, çiçək mənəmmiş?Dünya, ey fani dünya!Gəl, o “kəpənək” qızıSən indi tanı, dünya!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring