Nə vüsalım, nə həsrətim,Nə sevgim var, nə nifrətim,Nə sevincim, səadətim,Boş qalıbdır, boş, ürəyim!

Nə yazı var, nə qışı var,Nə qarı, nə yağışı var,Nə dünyaya baxışı var,Daş olubdur, daş, ürəyim!

Yanar dağdır, sönməyəydi,Zirvəsindən enməyəydi,Yanıb külə dönməyəydiKaş ürəyim! Kaş ürəyim!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation