Belə dilləndirmə yanıq segahı,Vallah tutar səni könlümün ahı!Köçüb ürəyimin sultanı-şahı!Xalı-xal üstünə belə vurma, gəl!

Şuri dilləndirdin, ürək ət deyil,Dərdlini ağlatmaq, bu adət deyil,Yıxılmış sarayı sən uçurma, gəl!

Nə həzin oxudun yanıq muğamı,Əritmə o odda əriyən şamı.Sənin qüdrətinə bəllidir hamı,Qırılmış şüşəni bir də qırma, gəl!

Həsrətli səsiyəm yanıq bir neyin,İndi, hansı simə toxunma, deyim?Qəlbimi, sevdası bu yerin, göyünNecə incəlibdir, bunu sorma, gəl!

Sən mənim xalqımın Əbulfətisən,Onun şirin sözü, xoş ülfətisən,Laylası, nəğməsi, şeriyyətisən,Bizi xəyallarda sən, uçurma, gəl!

Şam kimi əriyib ömrümün çoxu,Örtsə gözlərimi əbədi yuxu,Sən, mənim üstümdə bir muğam oxuTəmənnam budur ki,Onda durma, gəl!1973Səməd Vurğun günlərində

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets