Ana məktubu
Əfqanıstanda əsgəri borcunu qəhrəmanlıqlavermiş Səxavət Hüseynova
Silib sətirləri gözünün yaşı,Mənə bu məktubu ana göndərib.Rahatsız dünyanın bu keşməkeşiOnun göz yaşını qana döndərib.
Məktubun içindən bir şəkil düşür,Gözümü şəkildən çəkə bilmirəm,Fikrimdə sevinclə kədər döyüşür,Sözü vərəqlərə tökə bilmirəm.
Bu şəklə baxdıqca qəm üstə qəmimYığılıb, əlimdə yanır qələmim.Şəkildən üzümə bir cavan baxır,Necə də fikirli, mehriban baxır.
19 yaşının ilk baharındaÜrəyi səadət arzularındaSevgisi tufana düşən cavanaBir ana gözüylə mən yana-yanaBaxıb alışıram odsuz, ocaqsızQələmdən od alıb, alışır kağız.
Bu gənc sərv kimi təzə boy atmış,Yaradan gör necə oğul yaratmış!Bu qəddi-qamətə, boya, buxunaBaxan zalım necə qıymışdır ona?
Tankına söykəyib gen kürəyiniDüşünür bəlkə də gələcəyini...
Bəlkə də var onun əhdi-peymanı,Vətəndə qalmış bir sevgi dastanı.Qonşu kənddə isə atışma səsi –Görən neçə gəncin qəbrini qazır?“Baqlan”da topların qara lüləsiTuşlanıb sərhəddə, dayanıb hazır...
Bu Babək xislətli, Koroğlu qanlı18 ay orda azərbaycanlıOğullarımızla birgə döyüşdü,Adı, şücaətli dillərə düşdü...
Gəncədə günləri sayırdı ana,Orda od yağırdı Əfqanıstana,Oğlu döyüşürdü bu od içində...Bir qara saatda, bir qara gündəBir dilsiz cənazə, bağlı çemodan,
Ananın evinə girdi qapıdan.– Kaş sənin yerinə mən öləydim kaş!Deyib, yazıq ana fəryad qopardı,Ancaq bu fəryadın nə xeyri vardı:Analar ağlayır... Fəryad qoparır,Cəbhələr elə hey... oğul aparır...
Hələ qanlı açır çox bağın gülü,Hələ çox millətin bağlıdır dili.Hələ göz dikən var çox gülüstana,Ağlama qan, bacım! Ağlama, ana!
Dünyanın öz dərdi özünə bəsdi,Onun göz yaşına tufanlar əsdi...Yazıq anaları bir də ağlatma!
Gəl, qələbə çalaq biz zülmlə şərə,Özgə torpağına göz dikənlərə.
Ağlama, gör necə bəzənib yollar,Qayıdır vətənə əsgər oğullar.Gəl tökək yollara al qərənfillər,Davasız, dalaşsız keçsin bu illər!..Qan, qırğın görməsin bir də nəsillər!
Gəl, qələbə çalaq biz zülmə, şərə,Döyüşüb bir dünya verək bəşərə.İnsanlığa budur, budur doğru yol!Mərd böyüdən ana! Özün də mərd ol!
Kitabxana.az · https://kitabxana.az/en/works/mirvarid-dilbazi-ana-mektubu
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Vəh, necə kəc gərdiş eylər cərxi-kəcrəftar kəc!Əsr gəcdir, dovr gəc, dovrani-bədkirdar kəc.
MünacatƏlay, cümlətən məzlum olub məhbus olan canlar,Xüsusən aliciahlar, hacılar, bəylər, müsəlmanlar,
OlduQəhbə fələk, bu gün bir iş işlədi,Məni yardan ayrı salacaq oldu,
AğlaramSənin ilən keçirdiyim günləriEy sevdiyim, indi anıb ağlaram