O tayda ana da ağlar,Kirpiyi şana da ağlar,El köçüb, yurdu qalıb,Boyanıb qana dağlar!

Tapdadın bu gülşəni,Ağlatdın könlü şəni,Balamı qana salan,Qan tutsun görüm səni!

İstəmərəm qəm gəlsin,Tökülsün aləm gəlsin!Dərd mənə güc edəndəYanıma Laləm gəlsin!

Əsliyəm, Kərəm gəlsin,Mənə ruh verən gəlsin!Təbib, dərman əvəziBircə Xatirəm gəlsin!

Qoy incim, dürüm gəlsin,Yüzlərdən birim gəlsin!Dərmanım tapılmasaQoy Cəvahirim gəlsin!

Torpağım, otum gəlsin,Adını tutum gəlsin,Dərdimi sağaltmağaMənim Yaqutum gəlsin.

Çıraq gəlsin, şam gəlsin,Könlümə ilham gəlsin,Könlümü güldürməyəQoy bircə Vəfam gəlsin.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets