Nəcmi-geysudar
Sən ey yüksək fəzalardan aşan səyyahi-zərrinpər!Uzaq, ey nəcmi-geysudar! Uzaq gəz, ərzə yaqlaşma!Uzaqdan pək gözəlsin, mənzərən pək tatlı, pək dilbər,Məhəbbət yoq təqərrübdə, şu məhrəkdən saqın, şaşma!
Təfərrücgahın ey səyyari-ülvi, pək geniş... yüksəl!Bu alçaq yer sana layiq deyil, yüksəl, yaqın gəlmə!Münəvvər saçlarınmış sanki zəhralud bir məşəl,Yaqarmış xəlqi!.. Hər kəs qorquyor, uç get, saqın gəlmə!
Bizim torpaqda naməqbul olur biganələr daim,Onunçün sevməz insanlar səni, hər kəsdə nifrət var.Məramın qəhr isə, get! Onları təsmim edər daim,Şu ərz üstündə yüz binlərcə geysudar yıldızlar.
-Bakı.*
Kitabxana.az · https://kitabxana.az/en/works/cavid-necmi-geysudar
Use ← → keys to move, R for a random poem
More by this author
2Əvət, Naxçıvanda görülən işlər keçən nömrədə görüldü. Şimdi kökünü araşdırmaq lazım. Çünki hökumət əski məktəbi öz əlinə aldı.
Həsbi-hal (1)1Bir millətin tərəqqi və tədənnisini bilmək için o millətin məktəblərini, daha doğrusu ibtidai məktəblərini görmək kifayət edər. Avropaya meydan oquyan Almaniyanın, qoca Rusiyayı həyəcana düşürən Japoniyanın bütün bu tərəqqiyyati-ciddiyyələri həp ibtidai məktəblər sayəsindədir.
Həsbi-hal (2)2Tə’lim və tərbiyə haqqında veriləcək atidəki mə’lumat bir taqım mevsuq mənbələrə istinad edər. Onlar için mütaliəsi faydasız olmaz zənn edərim.
Həsbi-hal (3)3Ayşə Sədiqə xanım “Tə’lim və tərbiyə” adlı kitabında diyor ki: “Çocuqlara hər kim olsa dərs verir, fəqət tərbiyə və əxlaq dərsini hər kəsdən eyi validə verir. Çocuğun birinci mürəbbiyəsi validədir. Validəsi olmayanlara yenə bir qadın mə’mur edilir. Çünki zəmanisəbavətdə çocuqlara xidmət edə biləcək qadınlardır. Demək oluyor ki, bir qövmün səadəti və tərbiyəsində qadınların böyük tə’siri vardır. Bunun için hər şeydən ziyadə qadınların tərbiyəsinə e’tina edilməlidir. Tərbiyəli validələr yetişdirməyə qeyrət edilməlidir”. Qadınların cəmiyyəti-bəşəriyyədəki qiymət və əhəmiyyətləri yalnız bir cümleyi-həkimanə ilə gözəlcə isbat edilə bilir ki, o da şudur: “Cənnət anaların ayaqları altındadır” – buyurulmuşdur.
Poems by other poets · Homeland
Gəncə dağlarından, uzaq ellərdən,Əlbəttə ki, bir murada gəlmişəm.
Kim ki, eylərsə libasini mübəddəl kəfənəKim ki, eylərsə libasini mübəddəl kəfənə,Deyirəm: "Çəng vurub daməni-"Hübb ül-Vətən"ə.
Rubaiyat, 119ای فتنهٔ خاص ای بلای دل عامخورشید فلک روی تو را گشته غلام
SevdiyimNə müddətdir dolanırsan elləri,Ellər nə diyarə getdi, sevdiyim,