Kim ki, eylərsə libasini mübəddəl kəfənə,Deyirəm: "Çəng vurub daməni-"Hübb ül-Vətən"ə.

Vətənə, ey Vətən övladi, himayət günüdür,Toplaşun düşməni dəf etməyə hər əncümənə.

Salınız nərəvü təkbir ilə dünyayaə şərər,Nəhydir Şəridə kim, rəhm eləmək rahzənə.

Çalınız səngdil ədu başına xəncəri-tiz,Bəlkə bu hübb ilə təlim edəlim Kuhkənə.

Dəmi-hümmət, dəmi-qeyrət, dəmi-fürsətdi bu gün,Rəsmi-mərdanəliyi göstərəlim mərdü zənə.

Kişiyə cəng günü vahimə şayəstə degil,Kişinin qani gərək rəng verə pirahənə.

Qövmi-Yəcucə tərəf səddi-Skəndər kimi dur,Göz yaşı tökmə, həya qıl, kömək ol səfşikənə.

Bağiban ol, Vətənin bağinə dirlik suyu ver,Əsməyə badi-xəzan bəlkə bu səhni-çəmənə.

Qəflət uyğusuna getməklə xəta etmə, sakın,Qoyma gəlsin o həbəşzadəni mülki-Xütənə.

Vətəni, şəkkəri-ey Xosrovi-Şirinsüxənim,Vermə, Allahımızın eşqinə, zağü zəğənə.

Kim ki, bilməzsə Vətən Yusifinin qiymətini,Misli-Yaqub düşər axıri beyt ül-həzənə.

Maqta — the closing couplet bearing the poet’s pen name. Ürəfa bəzminin ey Seyyidi-şirinsüxəni,Yaz bu əşari, düşə bəlkə, dəhəndən-dəhənə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland