Əmərəm ləblərini ta nəfəsim var mənim,Tutiyəm şəkkərə, ey gül, həvəsim var mənim.

Gəldi qanımı töküb yar qurtarsın qəmdən,Şükr lillah ki, könül, dadrəsim var mənim.

Bənd-bəndim kəsələr eyləmərəm tərki-fəğan,Qoy nəva neytək edim ta nəfəsim var mənim.

Mürği-baği-mələkutəm qəfəsi-çərxe əsir,Bu əcəb təng olan gör qəfəsim var mənim.

Bikəsəm aləm əra, dərdü qəmindən özgə,Nə həvadarü nə yavərü nə kəsim var mənim.

Etmişəm gərçi bu dəm aləmi-nasutü vətən,Ey könül, böylə deyil, pişü pəsim var mənim.

Karivan getdi, könül, qafil edirsən nalə,Dəmbədəm naləvü bəngi-cərəsim var mənim.

Maqta — the closing couplet bearing the poet’s pen name. Mövti-cismanım ilə sanma mənim ölməyimi,Seyyida, ölmərəm, aləmdə səsim var mənim.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets