Novbahar əyyamıdır, mən zar qaldım yarsız,Hiç bülbül olmasın bu fəsldə gülzarsız.

Ol güli-alə dedim bir yanıma gəl birəqib,Güldü ki, ey aşiqi-şeyda, gül olmaz xarsız.

Getsə şami-tirə rövşən sübh olur, lakin mənimRuzgarım tar olur ol türreyi-tərrarsız.

Çox edən bimarə xidmət, aqibət bimar olur,Leyk könlüm xəstədir ol nərgisi-bimarsız.

Seyrdə əğyarə bax, ol mahə oldu müştəri,Mən vəbala düşmüşəm ol kövkəbi-səyyarsız.

Nükteyi-pinhanı sor ləli-ləbi-dildardən,Ey könül, olmaz dəhani-yar hiç əsrarsız.

Maqta — the closing couplet bearing the poet’s pen name. Zülfünü daim basar bağrına çeşmi, vəchi var,Seyyida, kəc getmə kim, əfsungər olmaz marsız.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love