Görək meydən nə fitnə oldu hadisKi, zahid söylədi ümmülxəbais?!

Kəmali-cəhli gör kim, söyləmişlər:Olur mey fitneyi-ürfanə bais.

Şəfaətdən olum üqbadə məhrum,Əgər bunlarsa elmi-şərə varis.

Ərəqlə badədir ol iki cövhərKi, yoxdur onlara dünyadə salis.

Biçərsən məzrəi-üxradə, zahid,Nə töxmə olmusan əvvəldə haris.

Fəsad əhli qoyub adın müfəssir,İnad əhli özün söylər mühəddis.

Maqta — the closing couplet bearing the poet’s pen name. Dəhən şövqilə, gər, yox etdi varın,Olur hər nüktəyə Seyyid mübahis.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wine and the tavern