Azim olmuşdu karivani-ərəb,Bir şütürbeççə çəkdi rəncü təəb.Çün yoruldu o nazənin-rəftar,Öz anasına eylədi izhar,Dedi: – Ey madəri-qəviəndam,Bir zaman yatgilən, tutaq aram.Bu nə seyrü bu nə səyahətdir,Nə məşəqqət, bu nə mərarətdir?Gəlmisən dağlar üstə cövlanə,Düşmüsən Qeys tək biyabanə.Dedi: – Ey tifli-şirxarə, məgərİxtiyarımladır mənim bu səfər?Olsa idim bir ixtiyar içrə,Çəkməz idim yükü qatar içrə.Sarbanın əlində oldu mahar,Hər tərəf çəksə, eylərəm rəftar.Gərçi məndən tapır bu fel südur,Mənəm aləmdə faili-məcbur.Gedirəm, əldə bir maharım yox,Öz əlimdə bir ixtiyarım yox.Kəştini sanma naxuda aparır,Hər tərəf istəsə, xuda aparır.Seyyida, həqdi faili-mütləq,Etmə ləq-ləq kimi əbəs ləq-ləq.Kimsə olmaz sənə cahanda dayaq,Həq-təaladü qasimi-rəzzaq,Gəlməmiş sən cahanə, ey mədum,Ruziyi-qismətin olub məqsum.Çəkmə ruzidən ötrü zərreyi-qəm,Çatacaqdır sənə nə bişü nə kəm.Leyk təhsilə eylə sən tədbir,Şayəd olsun müvafiqi-tədbir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets