Həmd ola ol xaliqə sübhü məsa –Kim, yetirib feyzi cahanə səfa!Cümleyi-məxluqə verib canlər,Hazır edib neməti-əlvanlər.Hər nə həvadə o ki, pərvaz edər,Pər açıban qüdrətin ibraz edər,İki qanad ilə uçan teyrlər,Yerdə gəzən dabbələr, qeyrilər,İki ayağ, ya ki, ola dörd ayağ,Badeyi-qüdrətdən içibdir əyağ.Cümlə üməmdir olar “əmsalikum”,Bəs oların qövlü “kəəqvalikum”.Şirə verib sövlət ilə heybəti,Filə verib qüdrət ilə qüvvəti.Qılsa əgər murə icazət əyan,Etsə əgər peşşəyə hökmün rəvan,Qalib olur şirə bu sövlətdə mur,Filə o qüvvətdə edər peşşə zur.Şirə şücaətdədi naib pişik,Çəkdi siçan dəfinə daim keşik.Muşə təvəkkün yetirir xakdən,Xali deyil gürbəsi idrakdən.Hər nə ki var qüdrəti asarıdır,Feyzinin afaq nəmudarıdır.Zakiridir tayiri-cəvvis-səma,Şakiridir sayiri-təhtəs-səra.Mən də onun vəhdətinə qailəm,Xirməni-ehsanına bir sailəm.Etmərəm inkar məhi-ənvəri,On iki rəxşəndə olan əxtəri.Alinə, əshabına olsun salam!

**“Qəllə və dəllə hüvə xeyrül-kəlam”.Var ümidim ki, xudayi-əhədEyləməyə aqibəti-karı bəd.Bari-xudaya, əhəda, sərmədaHəqqi-rəsulil-ərəbi Əhməda!Sən ki özün vaqifi-əhvalsən,Etmə öləndə dilimi lal sən.Nəzi-rəvan vəqti dilim, ey xuda,Kəlmeyi-tövhidüvü etsin əda.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets