Könlümün zövqinə bir qönçədəhəndir bais
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Könlümün zövqinə bir qönçədəhəndir bais,Ləzzəti-ruhuma ol təlxsüxəndir bais.
Şövqi-kuyinlə işim ahü fəğandır, ey gül,Bülbülün naləsinə yadi-çəməndir bais.
Simgun seyli-sirişkim ki, gözümdən saçılır,Bir büti-ləli-ləbü simbədəndir bais.
Dil ki, zülfündə qara gün çəkibən səbr eylər,Onda mu qədri olan hübbi-vətəndir bais.
Ney təki dil ki, nəvalər yetirir üşşaqə,Bir Hüseyni-nəsəbü vəchi-həsəndir bais.
Dil ki, nadidə olub aşiqi-didar sənə,Ey ləbi ləli-Yəmən, Veysi-Qərəndir bais.
Maqta — the closing couplet bearing the poet’s pen name. Ləbi-şirinini vəsf et o gülün kim, Seyyid,Şuri-əşarüvə aləmdə bu fəndir bais.
Kitabxana.az · https://kitabxana.az/en/works/seyid-ezim-konlumun-zovqine-bir-qoncedehendir-bais
Use ← → keys to move, R for a random poem
More by this author
Guş qıl ey ki, bilirsən özüvi vaqifi-kar,Agəh ol gör ki, nədir naleyi-ney, nəğmeyi-tar,
Bir çarə qıl, ey əmmə, mən ölsəm kəfən olmazBir çarə qıl, ey əmmə, mən ölsəm kəfən olmaz,Tabutü hənutum götürüb dəfn edən olmaz.
Qasımım, zülfi-xəmin üzdə hüveyda görünürQasımım, zülfi-xəmin üzdə hüveyda görünür,Bu əcəbdir ki, gün üzrə şəbi-yelda görünür.
Şadəm ki, İlahi, tökülə qanı HüseyninŞadəm ki, İlahi, tökülə qanı Hüseynin,Ta razı ola eşqdə cananı Hüseynin.
Poems by other poets · Love
Taprmışam könlümü mən, türreyi-cananda imiş,Ah, cəmiyyəti-dil zülfü-pərişanda imiş.
SonetGünlərim calanıb ömür yoluna,Sözlərim səpilib ayaqlarına...
Olmuşam dəhri-bəla içrə bu gün divanə mənOlmuşam dəhri-bəla içrə bu gün divanə mən,Varmadım meyxanəyə, sındırmadım peymanə mən.
Arazın suyuArazın suyu qızılParıldayır pırıl-pırıl.