Guş qıl ey ki, bilirsən özüvi vaqifi-kar
Guş qıl ey ki, bilirsən özüvi vaqifi-kar,Agəh ol gör ki, nədir naleyi-ney, nəğmeyi-tar,Nədir ol xüşk olan çubdə bu nalöyi-zar–Ki, sədasından onun qarət olur səbrü qərar,Açma sən pərdəni, hər pərdədə var yüz əsrar.
Qoymaz ol tarı müğənni niyə ağuşindən,Düşməz ol xanəbərəndazlərin duşindən,Huş ilə guş edə hər kimsə, gedər huşindən,Pənbeyi-qəfləti çək sən dəxi can guşindən,Ta ki, əsrari-nihanə olasan bərxurdar.
Ləhni-Davudi ilə könlüvü qıl xürrəm sən,Ərş baminə, gözüm, nəğməni tut sülləm sən.Olma qal əhli, qıl əmdən özüvi əbkəm sən,Kəsb elə elmü ədəb feyzin əgər adəmsən,Fəhm qıl, gör ki, nədir musiqiyü müsiqar.
Tut bərabər dəmi-İsayə müğənni dəmini,Qılıb ehya özüvi, seyr elə ruh aləmini.Ziri-qəm olma, eşit nəğmeyi-zilü bəmini,Çəkmə, aqilsən əgər, dəhri-müxalif qəmini,Şurə gəl, nəğmə ilə çək qəmi-dünyayə həsar.
Musiqi məclisinin əhli gərək əhli-bəsər,Ta görə pərdeyi-əsrardə yüz nəqşü süvər,Kim ki zövq əhli-degil, ani hesab eylə həcər,Ləhni-Davud eləməz növi-cəmadatə əsər,Məni ərbabı edər guş süxən, ey huşyar.
Fəhm qıl, gör ki, nədir çənkü dəfü bərbətü ud,Nədir onlarda bu ahəngü bu ləhnü bu sürud,Arif ol, rəmz bil, ey mahəsəli-qeybü şühud,Ud hər ləhzə gəlib şurə deyər: ya məbud,Tar hər ləhzə gəlib vəcdə deyər: ya səttar.Zahida, tarıya bax, məclisi-ürfandır bu,Tarı əsbabi-mənahi demə, böhtandır bu,Meyi gör, saqiyə bax, Kövsərü qilmandır bu,Cümləsi pərtövi-rüxsareyi-sübhandır bu,Meydə həq nurunu gör, səhvinə qıl istiğfar.
Ey könül, məhrəmi-raz eyləmə biganələri,Vermə naəhl əlinə bu dolu peymanələri,Çək rümuzat ilə zülfi-süxənə şanələri,Seyyida, Mehdiyə yalvar ki, bu dürdanələriEyləsin məclisi-şəhvari-Kərim bəgdə nisar.
Kitabxana.az · https://kitabxana.az/en/works/seyid-ezim-gus-qil-ey-ki-bilirsen-ozuvi-vaqifi-kar
Use ← → keys to move, R for a random poem
More by this author
Xeyli uludur Dəməşq həmmamləri,Şirin suludur Dəməşq həmmamləri,
Saqi, oxudum nəqli-Əbu-QəbşanıSaqi, oxudum nəqli-Əbu-Qəbşanı,Taifdə Qusəylə etdigi sövdanı.
Söz yox ki, Gülüstani-İrəmdir QudyalSöz yox ki, Gülüstani-İrəmdir Qudyal,Ahuləri ram olan hərəmdir Qudyal.
Bir gecə Əbu Ləhəb tapıb Kəbəyə əlBir gecə Əbu Ləhəb tapıb Kəbəyə əl,Ahuyi-tilanı sirqəd etdi o dəğəl,
Poems by other poets
Başına döndüyüm ədalətli şahGəlmişəm dərdimə dərman edəsən
Baş qoyub dərgahına pabusdən etdi mültəməsBaş qoyub dərgahına pabusdən etdi mültəməs,Bən gədayi gör ki, taci-səltənət qıldım həvəs.
Arizin görmək ilə tərk-i dil ü can etdimArizin görmək ilə tərk-i dil ü can etdim,Bağrımı ləblərinin şövqi ilə qan etdim.
SaraArpaçayı aşdı daşdı,Sel Saranı götürdü qaçdı,