Taprmışam könlümü mən, türreyi-cananda imiş,Ah, cəmiyyəti-dil zülfü-pərişanda imiş.

Nəzər et zülfü-ruxi-yarə ki, bir cənnətdir,Laləvü sünbülü reyhan bu gülüstanda imiş.

Nitq şirinliyi ancaq o şəkər ləbdə əyan,Kəbk rəfları tək ol sərvü xuramanda imiş.

Vədeyi-vəsl hara, söhbəti-hicran demə kim,Ləzzəti sübhi-visalın şəbi hicranda imiş.

Yox imiş hiç tərəfdə sifəti-elmü kamal,Ədəbü elmü kamal aləmi ürfanda imiş.

Gördüm ol mah liqa hüsıüni, fəhm etdim kimŞövkətü şənü şərəf-cümləsı insanda imiş.

Maqta — the closing couplet bearing the poet’s pen name. Surəyi-Yusifə get diqqət ilə eylə nəzər,Yusifa, eşqü məhəbbət sözü Quranda imiş.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love