Bivəfadan aşna tutmaKönül, sənə demədimmi?Yaradan Haqqı unutma,Könül, sənə demədimmi?

Nəsihətdən çıxmaginən,Özün oda yaxmaginən,Hər yetənə baxmaginən,Könül, sənə demədimmi?

Gözəllərdə vəfa olmaz,Daim duran belə qalmaz,Ay mədəd, yar yenə gəlməz,Könül, sənə demədimmi?

Ey könül, eşqə dolarsan,Xəcalətdən tez solarsan,Bir günü peşman olarsanKönül, sənə demədimmi?

Ey könül, qazanın daşır,Dərdi-qəmin başdan aşır,Molla Cuma gözdən düşür,Könül, sənə demədimmi?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love