Səhərdən yollara çıxdım gördüm ki, mehriban gəlirQış günləri yaza döndü şirin dil xoş zəban gəlir.

Can cəsəddə lərzələnib ağıl başdan çıxmaq istərÖz-özümə səbir verdim dedim mahi-taban gəlir.

Çıxardıb al libasını geyibdi qara donlarıYəqin bildim eşq ucundan halı çox pərişan gəlir.

Dörd yanına nəzər eylər kimsə yox dərdin söyləyəAyrı düşüb şeydasından çəkib ahu-fəğan gəlir.

Maqta — the closing couplet bearing the poet’s pen name. Molla Cümə çıx daldadan səni görsün o sirdaşınBəlkə canı qərar tapa eşidib bigüman gəlir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets