Aşıq olan cövri-cəfaya dözsün,Ciyərini qara daşdan eyləsin.Dünya nemətindən əlini üzsün,Özün təmiz çörək, aşdan eyləsin.

Bilmək istəyənlər aşıq rəsmini,Qalasın odlara gərək cismini,Dərs alanda alsın canan ismini,Sevda ilə qələm qaşdan eyləsin.

Molla Cuma dərya kimi dolmasa,Saralıban heyva kimi solmasa,Bir gözəldə insaf, mürvət olmasa,Tanrı onu tezcə başdan eyləsin.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love