Nə dostdan bir xəbər gəldi,Deyəm əhdə vəfalıymış.Nə şadlıq, nə kədər gəldi,Deyəm ömrü cəfalıymış.

Nə bildi, ağladım, güldüm,Nə bilsə, bildiyin bildim.Nə bildi qəm yeyib öldüm.Bu eşq şair xəyalıymış.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love