Tez gedib,Gec gələnimMilli azadlığım mənim!Xoş gəlibsən vətənə!Döşənib yollarına gör nə qədər qanlı sinə:Bölünüb torpağımız, qəsb olunur sərvətimiz,Ah çəkib, qan tüpürüb millətimizSən gedəli!Uzanıb yurdumuza gör nə qədər düşmən əli,Eşit, ey yurda fəda, Kürdə qəbirsiz yatanım!Ey ölümsüz şühəda! Dəryada məskən tutanım!Eşidin şad xəbərin fəryadı ərşə çatanın:Sancılıb bayrağımız köksünə azad vətənin!Haqsevən xalqı kimi məhbus olan bayrağımız,Ona həsrət gözümüz, millətimiz, torpağımız.Sizlərin gözləri ilə ona baxdıqca gülür,Ulduzundan bu qaranlıqlara nurlar tökülür...Göz gülür, qəlb açılır, hey baxıb ayparəsinəDöşənib yollarına gör nə qədər qanlı sinə!

Qanlı köynəklərini mavi sular yuyanlarım!Milli azadlığımın qurbanı qəhrəmanlarım!Tökülən qanlarımız axmadı, mərdlər, havayı,Qanlı sellərə batıb, uçdu o zülmün sarayı!Siz təməl daşlarısız xalqımın azadlığına,Ruhunuz gəlsin azad xalqımızın şadlığına:Eşidin sözlərimi, ey şəhid övladları, siz:Gör nə mərdlər yetirib, həm itirib millətimiz!Bunu bilsin daha qoy yurdumun hər bir cavanı:Vətən övladlarının hey tökülüb burda qanı...

Bu igidlər arasında görəcəksən babanı.Boyanıb bayrağımın bir zolağı bax o qana!Saldı dövran bizi hər anda tufandan-tufana,Millətim qanla yazıb qurtuluşun fərmanını,Halal etsin vətənə qoy o igidlər qanını!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland