Vurğun, indi bizə elə gərəkdinQasırğa önünü kəsən dağ kimi.Xalqının önündə sən gedəcəkdinOrdu qabağında bir bayraq kimi.

Vurğun, indi bizə elə gərəkdinQaranlıq gecənin sabahı kimi.Şərin qarşısını sən kəsəcəkdinSən müqəddəs xeyir allahı kimi.

Vurğun, indi bizə elə gərəkdinSəsin ölkələrdən gələydi, qardaş!Qısa həyatında sən nələr çəkdin...Başqa bir zamanda doğulaydın kaş!

Filosof məntiqlim, bu yatış nədir,Oyan qəhrəmanım! Yurd əldən gedir!Oyan! El çağırır köməyə səni!Dərdini dünyaya deməyə, səni!

El oğlu! Sən eldən əsirgəməzdinOnun dar günündə öz köməyini.Xalqının önündə məşəl edərdinSən də Vurğun kimi öz ürəyini.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland