Əsgər məktubu
Əsgər məktubları alıram hərdən,Məhəbbət, cəsarət, dəyanət dolu.Neçə tərifçinin təriflərindənBir əsgər məktubu gərəkli olur.
Əsgər nə istəyir? –Bir təzə nəğmə.Nəğməsiz darıxır əsgər tüfəngi.Bir əsgər qəlbində qopan zümzüməBir Vətən daşını isidəcəkdir.Bir əsgər yazır ki: «Sərhədçiyəm mən.Əlimdə tüfəngdir,dilimdə şerİnamla, qeyrətlə qorunur Vətən,Bunlarsız silahlar lal-kardır», – deyir.
Bir nəğmə əsgərin dodaqlarındanSərhəd küləyinə həmsöhbət olar.Bir nəğmə əsgərin barmaqlarındaTətiyə söykənən cəsarət olar.
Əsgər məktubunda torpaq göyərir,Meşələr uzanır üfüqlərəcən.Əsgər məktubundan bir dağ göyərir –Ətək də Vətəndir, zirvə də Vətən...
Əsgər məktubunda quş səksəkəsi,Əsgər məktubunda qaya təmkini.Bir nişan həsrəti,Bir toy həvəsiHər sətrin keşikçi nidası kimi...
Əsgər məktubunun cavabı çətin,Əsgər məktubunun cavabı asan.Yetişməz əsgərə söz məhəbbəti,Yetişməz, sözlərin əsgər olmasa.
Kitabxana.az · https://kitabxana.az/en/works/memmed-araz-esger-mektubu
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Homeland
Dilbər, nə deyim, sən kimi canan ələ düşməz,Zülfün kimi heç zülfi-pərişan ələ düşməz.
VarÜrəyimiz çiçəklənir,Elin əcəb cəlalı var.
Ey könülTa keçəl-küçəllər oldu imdi yarın, ey könül!Qarə oldu yar əlində ruzigarın, ey könül!
Ey gül, məni sən istəsən, ömrüm hədər olmaz!Ey gül, məni sən istəsən, ömrüm hədər olmaz!Sülh olmasa, övladi-Vətən bəxtəvər olmaz!